Skip to content

Bu bot, sosial media platformalarından (Reddit və Twitter) səhm bazarı haqqında məlumatları toplayır, təhlil edir və ümumiləşdirir.

Notifications You must be signed in to change notification settings

vrashad/gpt_finance_assistant

Repository files navigation

Səhm bazarının təhlili

Bu sosial media platformalarından (Reddit və Twitter) səhmlər haqqında məlumatları toplayan, təhlil edən və ümumiləşdirən bir botdur. Bot məlumatların toplanması üçün Reddit və Twitter API-lərindən istifadə edir, onları GPT-4o ilə təhlil edir və ətraflı hesabat tərtib edir.

Hesabatın nümunəsi: stock_analysis_report.md 08.09.2024

Xüsusiyyətləri

  • Reddit və Twitter-dən səhm tikerlərin və şərhlərin toplanması
  • Məlumatların filtrlənməsi və təmizlənməsi
  • Populyar tikerlərin müəyyən edilməsi və etibarlılığının yoxlanılması
  • GPT-4o istifadə edərək bazar əhval-ruhiyyəsinin təhlili
  • Hər bir tiker üçün ətraflı hesabatların hazırlanması
  • Nəticələrin Markdown formatında saxlanması

Tələblər

  • Python 3.7+
  • pip (Python paket meneceri)

Quraşdırma

  1. Repozitoriyanı clone edin:

    git clone https://github.com/vrashad/gpt_finance_assistant.git
    cd gpt_finance_assistant
    
  2. Asılılıqları quraşdırın:

    pip install -r requirements.txt
    

Konfiqurasiya

Reddit API-nin konfiqurasiyası

  1. Reddit App Preferences səhifəsinə keçin
  2. "Create App" və ya "Create Another App" düyməsini basın
  3. Lazımi məlumatları doldurun:
    • Name: Tətbiqinizin adı
    • App type: "script" seçin
    • Description: Botunuzun qısa təsviri
    • About URL: Boş buraxıla bilər
    • Redirect URI: http://localhost:8080
  4. "Create app" düyməsini basın
  5. "client_id" (tətbiqin adının altında) və "client_secret" qeyd edin

config.py faylını yeniləyin:

REDDIT_CLIENT_ID = 'your_client_id'
REDDIT_CLIENT_SECRET = 'your_client_secret'
REDDIT_USER_AGENT = 'your_user_agent_name'

Twitter API-nin konfiqurasiyası

  1. RapidAPI saytında qeydiyyatdan keçin
  2. Twitter API v2 üçün abunə olun
  3. API açarınızı əldə edin. Pulsuz olaraq ayda 3000 sorğu etmək olur. Rəsmi API-dən də istifaəd edə bilərsiniz https://developer.x.com/en/products/x-api

config.py faylını yeniləyin:

RAPIDAPI_KEY = 'your_rapidapi_key'
RAPIDAPI_HOST = 'twitter-api47.p.rapidapi.com'

OpenAI API-nin konfiqurasiyası

  1. OpenAI saytında qeydiyyatdan keçin
  2. API açarı əldə edin

config.py faylını yeniləyin:

GPT_API_KEY = 'your_openai_api_key'
GPT_BASE_URL = 'https://api.openai.com/v1/chat/completions'  # və ya başqa URL istifadə edirsinizsə
GPT_MODEL = 'gpt-4o'

İşə salma

Botu işə salmaq üçün aşağıdakı əmri yerinə yetirin:

python main.py

Bot Reddit və Twitter-dən məlumatları toplamağa başlayacaq, onları təhlil edəcək və config.py-da göstərilən OUTPUT_FILE_PATH-də hesabat tərtib edəcək.

Proyektin strukturu

  • main.py: Botu işə salmaq üçün əsas skript
  • config.py: API parametrləri və digər konfiqurasiyalar üçün fayl
  • reddit.py: Reddit API ilə işləmək üçün modul
  • twitter.py: Twitter API ilə işləmək üçün modul
  • utils.py: GPT-4o ilə əlaqə üçün köməkçi funksiyalar
  • report_generator.py: Yekun hesabatın tərtib edilməsi üçün modul

Asılılıqlar

  • praw: Reddit API ilə işləmək üçün
  • requests: HTTP sorğuları üçün
  • openai: GPT-4 API ilə işləmək üçün
  • yfinance: Səhmlər haqqında məlumat almaq üçün

Lisenziya

MIT Lisenziyası

About

Bu bot, sosial media platformalarından (Reddit və Twitter) səhm bazarı haqqında məlumatları toplayır, təhlil edir və ümumiləşdirir.

Resources

Stars

Watchers

Forks

Releases

No releases published

Packages

No packages published

Languages